Qətərdə keçiriləcək dünya çempionatı "Yuventus" və Polşa millisinin əsas qapıçısı Voyçex Şesni üçün sonuncu olacaq.
Sportal.az xəbər verir ki, bu barədə təcrübəli qolkiper özü “TVP Sport”a açıqlamasında deyib.
32 yaşlı qapıçının dediyinə görə, Qətərdəki turnirdən sonra bir daha mundialda oynamayacaq:
"DÇ-2026? Həmin ildə indiki kimi futbol oynaya biləcəyimi təsəvvür etmək çətindir. Bu isə o deməkdir ki, o vaxtı ümumiyyətlə, futbol oynamayacam".
Şesnı 2009-cu ildən Polşanın əsas millisinin qapısını qoruyur.
saytlarin hazirlanmasi
