Braziliya millisinin veteran futbolçusu Aleks de Souza ölkəsində məşqçi kimi işləyəcək.
Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı məşqçi "Avai"nin baş məşqçisi təyin olunub.
Aleks B seriyasında çıxış edən klubla 1 illik müqavilə imzalayıb.
O, bir müddət əvvəl “Sao Paolo”nun U-20 komandasını çalışdırıb.
Aleks 2004-2012-ci illərdə “Fənərbaxça”da oynayıb. O, həmçinin “Koritiba”, “Palmeyras”, “Parma”, “Flamenqo”, “Kruzeyro” komandalarında çıxış edib.
