"Dünya çempionatından sonra hər şey dəyişəcək"

12:50 - 16 Noyabr 2022

"Real"ın vingeri Eden Hazard Madrid klubunda daha çox oyun vaxtı qazanmaq istədiyini deyib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, belçikalı futbolçu Qətərdə keçiriləcək dünya çempionatından sonra karyerasında dəyişiklik edib-etməyəcəyini söyləyib:

"Niyə Karlo Ançelottinin rəhbərliyi altında az oynayıram? Mövsümün əvvəlində danışmışdıq və o, şans yaranacağını bildirmişdi. Şansımın az olduğu aydındır. “Real”dan ayrılmaq istəmirəm. Bəlkə dünya çempionatından sonra hər şey dəyişəcək. Oynamaq istəyirəm, amma qərarları baş məşqçi verir. Ona daha çox oynamağa layiq olduğumu göstərmək niyyətindəyəm. Oynamayanda çətin olur".

Xəbər xətti