Noyer mundialda Almaniya millisinin bir nömrəli qapıçısı olacaq

13:27 - 16 Noyabr 2022

Almaniya millisinin qolkiperi və kapitanı Manuel Noyer 2022-ci il dünya çempionatının startından əvvəl qapı xəttilə ilə bağlı danışıb. 

Sportal.az "iMiaSanMia"ya istinadən xəbər verir ki, təcrübəli qapıçı mundialda əsas qolkiper olacağını söyləyib: 

"Komandamızda dünya səviyyəli qapıçıların olduğunu bilirik. Lakin Mark-Andre ter Şteqen və Kevin Trapa hansı rollarda olacağı çatdırıldı. Qapıçılarla anlaşmamız yaxşı durumdadır. Roluma şübhə edirsiniz? Bu, mövzu deyil. Məşqçilər korpusu millidə bir nömrə olduğumu aydın şəkildə əvvəldən bildirib".

Xəbər xətti