"Mançester Yunayted" Mbappe üçün 150 milyon avro ödəməyə hazırdır

18:28 - 16 Noyabr 2022

"Mançester Yunayted" Kriştiano Ronaldonun gedişindən sonra onu kiminlə vəzələyəcəyini müəyyənləşdirib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas transfer hədəfi PSJ-nin hücumçusu Kilian Mbappedir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

 

Premyer Liqa təmsilçisi fransalı forvard üçün Paris klubuna 150 milyon avro ödəməyə hazırdır.

 

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqavilə 2025-ci ilin yayına kimidir. 24 yaşlı forvard cari mövsümdə Fransa klubunun heyətində meydada çıxdığı 20 matçda 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti