"Barselona"nın hücumçusu Memfis Depay bu qış Kataloniya klubunu tərk edə bilər.
Sportal.az "TMW" portalına istinadən xəbər verir ki, niderlandlı forvard özü komandada qalmaq niyyətində deyil.
Onun israrla transfer etmək istəyən klub isə “Sevilya”dır. Futbolçunun özü də Əndəlusiya təmsilçisinə keçidə hazırdır.
“Barselona” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Depay rəhbərliklə danışaraq, qışda müqaviləsinə xitam verilməsinə çalışacaq.
