"Millidə oynamaq məni həmişə çox sevindirir"

12:35 - 17 Noyabr 2022

“Frayburq” və İtaliya millisinin yarımmüdafiəçisi Vinçenzo Qrifo Albaniya üzərində qələbəni (3:1) şərh edib.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Albaniya ilə matçda dublla yadda qalan yarımmüdafiəçi millidə oynadığına görə xoşbəxt olduğunu bildirib:

"Millidə ikinci dəfədir ki, dubl edirəm. Buna görə də çox xoşbəxtəm. Etimada görə komandaya təşəkkür edirəm. Millidə oynamaq məni həmişə çox sevindirir. Burada yüksək səviyyəli oyunçularla birlikdə olmaq qürurvericidir. Komanda ilə münasibət necədir? Onlar mənə dəyər verir, dəstəkləyirlər. Bu da mənə çox güc verir. Yığmadakı period yaxşı gedir. Ümidvaram ki, belə də davam edəcək".

​Almaniyada dünyaya gəlmiş Qrifo 2018-ci ildən İtaliya millisində oynayır.

Xəbər xətti