Azərbaycan millisinin veteran hücumçusu Nadir Nəbiyev Sportal.az saytına açıqlama verib. O, yığma komandamızın Moldova ilə yoxlama görüşündə qələbəsini şərh edib. Nəbiyev millimizdən qələbə gözləyirmiş:
"Moldova millisi Azərbaycan yığmasına uyğun rəqibdir. Əslində, oyundan əvvəl yığmamızdan qələbə gözləyirdim. Moldova bizə uyğun rəqib idi. Əslində, komandamız pis təsir bağışlamadı. Xüsusən də birinci hissədə. Millimiz yaxşı oynadı və layiqli qələbə qazandı. Onları qələbə münasibəti ilə təbrik edirəm".
Azərbaycan millisinin keçmiş hücumçusu noyabrın 20-də Şimali Makedoniyaya qarşı keçiriləcək oyunda da yığmamızın uduzmayacağına inandığını dilə gətirib: "Moldova matçından sonra yığmamızı daha bir sınaq gözləyir. Şimali Makedoniya daha ciddi rəqibdir. Bizim üçün çətin olacaq. Buna baxmayaraq, məzmunlu oyunla ən azından məğlub olmayacağımıza inanıram".
Mirbağırağa
