"Yuventus"un və Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı gözləntilərini bölüşüb.
Sportal.az Argentina mətbuatına danışan 28 yaşlı futbolçu mundialda məqsədə çatmaq üçün bütün imkanlara sahib olduqlarını söyləyib:
"Biz rahatıq. Amma bilirik ki, turnirin başlamasına az qalıb deyə, insanlar narahatdır. Birinci oyunumuza mümkün qədər yaxşı hazırlaşmalıyıq. Düzgün yoldayıq. Amma hər zaman təkmilləşmək üçün yer var. Keyfiyyətli heyətə, yaxşı baş məşqçiyə sahibik. Azarkeşlər də bizə inanır. Hədəfə çatmağımız üçün bu məqamlar kifayət edir".
