İngiltərə millisi mundialın ilk oyununa itki ilə çıxacaq.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Mançester Siti"nin futbolçusu Kayl Uoker Qətərdə keçiriləcək dünya çempionatının birinci oyununda iştirak edə bilməyəcək.
32 yaşlı müdafiəçi Premyer Liqanın 9-cu turunda “Mançester Yunayted”lə oyunda (6:3) zədələndikdən sonra əməliyyat edilib.
Təcrübəli futbolçunun mundialın İrana qarşı keçiriləcək ilk matçında oynamayacağı dəqiqləşdi.
İngiltərənin İranla matçı noyabrın 21-i baş tutacaq.
