"Atletiko" və Avstriya millisinin keçmiş üzvü intihar etdi

18:53 - 17 Noyabr 2022

Avstriya milli komandasının sabiq üzvü Qerhard Rodaks intihar edib.

 

Sportal.az xarici mediaya istinadən xəbər verir ki, 57 yaşlı veteran forvardın cəsədi Traiskirxen şəhəri yaxınlığında aşkar edilib. Rodaksın özünü qatarın altına ataraq intihar etdiyi bildirilir.

 

Keçmiş futbolçu son zamanlar səhhətində problemlər yaşayırdı.

 

Qeyd edək ki, Qerhard Rodaks "Admira", "Atletiko" (Madrid) və "Rapid"də oynayıb. O, Avstriya milli komandasının heyətində meydana çıxdığı 20 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti