Luis Suarez Braziliya klubunun təklifindən imtina etdi

22:31 - 17 Noyabr 2022

"Barselona"nın sabiq hücumçusu Luis Suares Braziliyaya yollana bilərmiş.

Sportal.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, uruqvaylı forvard "Qremio"dan təklif alıb. Amma o, bu klubun təklifini geri çevirib. 

Buna səbəb hücumçunun Avropaya qayıtmaq istəyində olmasıdır. 

​Suarez son olaraq ölkəsinin "Nasyonal" klubunda çıxış edib.

 

Xəbər xətti