"Ayntraxt" ABŞ-dan futbolçu transfer etdi

15:16 - 18 Noyabr 2022

Almaniyanın "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisi ABŞ-ın "Filadelfiya Yunion" klubundan Paksten Aaronsonu transfer edib. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

"Ayntraxt" 19 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb. Müqavilə 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək.

Qeyd edək ki, Paksten Aaronson "Filadelfiya Yunion"un yetirməsidir. Amerikalı gənc vinger əsas komandanın heyətində meydana çıxdığı 65 rəsmi matçda 10 qol vurub.

Xəbər xətti