Qətərdə keçiriləcək dünya çempionatı zamanı stadionlarında pivə satışı qadağan edilib.
Sportal.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.
Yalnız xüsusi lisenziya verilmiş məkanlarda və fan zonalarda pivə satışına icazə veriləcək. Stadionlarda ancaq spirtsiz pivə satılacaq.
Qeyd edək ki, dünya çempionatı 20 noyabr-18 dekabr tarixləri arasında baş tutacaq.
saytlarin hazirlanmasi
