Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubunda qalacaq

17:38 - 18 Noyabr 2022

Futzal üzrə Azərbaycan millisinin qolkiperi Rövşən Hüseynli Qazaxıstanda qalacaq.

Sportal.az saytına verilən məlumata görə, o, icarə əsasında çıxış etdiyi “Atırau”da qalmaq fikrindədir. 

Mənbənin iddiasına görə, qazaxlar Hüseynlinin müqavilə müddətini yeni ildən sonra altı ay uzadacaq.

Xatırladaq ki, Joze Alesio da Silva Hüseynlini komandada görmək istəməmişdi və buna görə də, qolkiper Qazaxıstana yollanmışdı.

 

Xəbər xətti