"Dünya çempionatından əvvəl yeni müqavilə imzalamağı planlaşdırırdıq"

19:17 - 18 Noyabr 2022

“Milan”ın texniki direktoru Paolo Maldini klubun hücumçu Rafael Leao ilə müqavilə müddətini Qətərdə keçiriləcək dünya çempionatına qədər uzada bilmədiklərinə görə təəssüfləndiyini bildirib.

Sportal.az xəbər verir ki, klub rəsmisi “pianetamilan.it”a məsələ haqda bu cür danışıb:

"Dünya çempionatından əvvəl yeni müqavilə imzalamağı planlaşdırırdıq. Amma bu, Leao ilə bunu etmək alınmadı. Bennaserlə iş hələ də davam edir. İndi onun agentləri ilə görüşməliyik”.

Xəbər xətti