"Sabah"ın legioneri: “Bəzi şeyləri dəyişdirmək zamanıdır”

20:11 - 18 Noyabr 2022

"Sabah"ın aparıcı üzvü Abdulaye Ba instaqram hesabındakı paylaşımı ilə diqqət çəkib.

Sportal.az xəbər verir ki, seneqallı futbolçu komandasının fotosunu paylaşaraq bunları yazıb:

"Bəzi şeyləri dəyişdirmək zamanıdır. Bunu çox çalışaraq, hər gün performansınızı artıraraq edə bilərsiniz".

31 yaşlı futbolçu “Porto”, “Fənərbaxça”, “Rayo Valyekano”, “Deportivo” kimi klublarda oynayıb. O, yayda Portuqaliyanın “Aruka” klubundan ayrılaraq “Sabah”a keçmişdi.

Xəbər xətti