"Mançester Siti"nin futbolçusu "Barselona"da oynamaq istəyir

18:33 - 19 Noyabr 2022

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva komandadan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin karyerasını İspaniyada davam etdirmək ehtimalı var.

 

İspaniya mətbuatının yazdığına görə, "Barselona"nın transfer siyahısında olan 28 yaşlı futbolçu Kataloniya təmsilçisinə xəbər göndərərək orada oynamaq istədiyini bildirib. "Mançester Siti" isə Bernardonu buraxmaq istəmir.

 

"Barselona" yay transfer pəncərəsi zamanı Bernardo Silva üçün İngiltərə klubuna rəsmi təklif göndərmişdi. "Şəhərlilər" futbolçu üçün 80 milyon avro tələb etdiyinə görə bu keçid baş tutmamışdı. La Liqa klubu "Mançester Siti"yə yeni təklif göndərməyi planlaşdırır.

 

Qeyd edək ki, Bernardo Silva "Mançester Siti"yə 2017-ci ilin yayında "Monako"dan transfer olunub. Təcrübəli oyunçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 Premyer Liqa matçında 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti