Türkiyəli hakim son matçını idarə etdi

22:52 - 19 Noyabr 2022

Avqustda karyerasını başa vuran tanınmış hakim Cüneyt Çakır sonuncu dəfə oyun idarə edib.

Sportal.az xəbər verir ki, Çakır Türkiyə və Çexiya yığmaları arasında keçirilmiş görüşün ilk 5 dəqiqəsində baş hakim olub.

Ardınca isə matç Villiam Kolluma tapşırılıb.

Bununla da Çakır hakimlik karyerasında sonuncu oyununu idarə edib.

Türkiyəli mütəxəssis 2006-cı ildən FİFA referisi idi. 

Xəbər xətti