"Traktor"un baş məşqçisi Rusiya klubunu çalışdıra bilər

11:14 - 20 Noyabr 2022

"Traktor"un çalışdırıcısı Kurban Berdıyev Təbrizi tərk edə bilər.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı məşqçinin xidmətində "Soçi" klubu maraqlıdır. 

Premyer Liqa təmsilçisi razılıq əldə olunacağı təqdirdə, onu baş məşqçi postuna təyin etmək niyyətindədir.

Berdıyev "Traktor"la müqaviləsinə xitam verilməsinə nail olarsa, "Soçi" ilə müqaviləsi mövsüm sonuna qədər nəzərdə tutulacaq.

Xəbər xətti