"Dünya çempionatında Benzemanın yeri görünəcək"

12:59 - 20 Noyabr 2022

"Real"(Madrid) və Braziliya millisinin forvardı Rodriqo sosial şəbəkədə paylaşım edib.

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu "kral klubu"ndakı komanda yoldaşı Kərim Benzemanın zədə səbəbindən Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatında oynamayacağına münasibət bildirib.

O, fransalı forvard haqda bunları yazıb:

"Ən yaxşılar hər zaman ən yaxşılarla yarışmalıdır. Benzemanın 2022-ci il dünya çempionatında yeri görünəcək. Kərim, tez sağal".

Xatırladaq ki, təcrübəli hücumçunun öncə ilk turu buraxacağı bilinsə də, dünən gecə onun mundialda iştirak etməyəcəyi dəqiqləşib.

 

Xəbər xətti