Buffon: "Kamerun millisinə azarkeşlik edəcəm"

13:18 - 20 Noyabr 2022

İtaliya millisinin keçmiş qapıçısı Canluici Buffon Qətərdə keçiriləcək dünya çempionatında hansı komandaya azarkeşlik edəcəyini bildirib.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Parma"nın qolkiperi Kamerun yığması haqda fikirlərini söyləyib: "İtaliyasız turnir çox maraqsız keçəcək. Hansı yığmaya azarkeşlik edəcəyimə gəlincə, açıqlaya bilərəm. Kamerun millisinə azarkeşlik edəcəm. Bu komandaya rəğbətim var".

Bu gün start götürəcək turnir dekabrın 18-də bitəcək.

Buffonun azarkeşlik edəcəyi Kamerun millisi İsveçrə, Serbiya və Braziliya ilə eyni qrupda mübarizə aparacaq.

Xəbər xətti