DÇ-2022: Lionel Messi Səudiyyə Ərəbistanı ilə oyuna hazır olacaq

18:19 - 20 Noyabr 2022

Argentina millisi Lionel Messidən şad xəbər alıb. 

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın kapitanı DÇ-2022-nin Səudiyyə Ərəbistanı ilə ilk oyununa hazır olacaq.

PSJ-nin forvardı kiçik zədəsini sağaldıb.

Qeyd edək ki, daha əvvəl Messinin zədə səbəbindən DÇ-2022-nin ilk oyununda iştirak edə bilməyəcəyi bildirilirdi.

 

Xəbər xətti