Yığmamız "Səbail-2"yə qalib gəldi

18:33 - 20 Noyabr 2022

Bakıda təlim-məşq toplanışını davam etdirən 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, “Səbail-2" ilə matç yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

U-18-in qollarını 51-ci dəqiqədə Sadiq Şəfiyev və 90-cı dəqiqədə Şahin Şahniyarov vurub. "Səbail-2"dən Rəşad Həmidov fərqlənib.

​Xatırladaq ki, U-18 bundan öncə “Zirə”nin əvəzediciləri ilə oyundan heç-heçə (1:1) ilə ayrılmışdı.

Xəbər xətti