İspaniya millisi itki ilə üzləşib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Uqo Gilyamon DÇ-2022-nin qrup mərhələsinin oyunlarını buraxa bilər.
Belə ki, 22 yaşlı yarımmüdafiəçi dizindən aldığı zədə səbəbindən millinin məşqlərində iştirak etmir.
Müdafiəçinin qrup mərhələsinin üçüncü turunun Yaponiyaya qarşı görüşünə kimi də sağalacağı ehtimal edilmir.
"Valensiya"nın üzvü 2021-ci ildən millidə oynayır.
E qrupunda yer alan İspaniya Almaniya, Yaponiya və Kosta-Rika ilə mübarizə aparacaq.
