"İnter"i "Sevilya"ya dəyişəcək

15:19 - 21 Noyabr 2022

"İnter"in yarımmüdafiəçisi Roberto Qalyardini qış "transfer pəncərəsi"ndə komandanı tərk edə bilər.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Sevilya" onun xidmətində maraqlıdır. 
İspaniya klubu artıq danışıqlara start verib. 

"Nerazurra" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Roberto qışda İspaniyaya yollana bilməsə, yayda cəhd edəcək. 

28 yaşlı yarımmüdafiəçi “Atalanta”, “Çezena”, “Spetsiya”, “Viçentsa”da oynadıqdan sonra 2017-ci ildə “İnter”ə keçib.

 

Xəbər xətti