"Napoli" müdafiəçisi Kim Min Jae ilə müqavilə müddətini uzatmağı planlaşdırır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Neapol təmsilçisi bununla bağlı artıq futbolçunun agenti ilə danışıqlara başlayıb. Kimin klubla hazırkı müqaviləsi 2025-ci ilin oyun ayının sonuna qədərdir.
Bu mövsüm İtaliya A seriyanın liderinin heyətində 20 oyuna çıxan koreyalının xidmətində Avropanın iddialı klubları maraqlıdır.
Amma onun özünün də "Napoli"də qalmaq istədiyi iddia olunur.
Kim Cənubi Koreya millisinin heyətində Qətərdəki dünya çempionatında iştirak edəcək.
