DÇ-2022-nin ilk turunda İngiltərə ilə görüşdə zədələnərək oyunu vaxtından əvvəl tərk edən İran millisinin qapıçısı Əlirza Beyrənvandın durumuna aydınlıq gəlib.
Sportal.az İran mətbuatına istinadən istinadən xəbər verir ki, 30 yaşlı qolkiper kəllə-beyin travması alıb.
Onun qarşıdakı görüşlərdə də meydanda olmayacağı dəqiqləşib.
Əlirza Beyrənvand İngiltərə ilə (6:2) matçda burnu sındığına görə 18-ci dəqiqədə meydanı xərəkdə tərk edib.
