Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo komandasının 2022-ci il dünya çempionatındakı şanslarını dəyərləndirib.
Sportal.az xəbər verir ki, “The Guardian”a danışan Ronaldo mundialın favoritlərindən söz açıb:
“Bizim iddialı komandamız var. Hesab edirəm ki, Portuqaliya bu mundialın ən yaxşı komandasıdır. Amma biz bunu meydanda göstərməliyik”.
Xatırladaq ki, Portuqaliya H qrupunda Uruqvay, Cənubi Koreya və Qana ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi
