ABŞ millisinin forvardı Timoti Veah DÇ-2022-nin qrup mərhələsində Uelslə matçda (1:1) vurduğu qolu şərh edib.
Sportal.az “Bea Rai Sport”a istinadən xəbər verir ki, gənc hücumçu atasının dünya çempionatında oynaya bilməməsi məsələsinə toxunub:
"Atamla necə qol vuracağımı müzakirə etmişəm? Yox, nə danışırsız? Vacib olan komandaya kömək etmək və qələbələr qazanmaqdır. Şəxsi göstəricilər o qədər də vacib deyil. Atamın dünya çempionatında oynamaq imkanı yox idi. Ancaq mən indi bu hissi yaşayıram”.
Timotinin atası Corc Veah "Monako", "Milan", PSJ, "Çelsi", "Mançester Siti", "Marsel" klubları ilə yanaşı, Liberiya yığmasının şərəfini qoruyub. O, hazırda Liberiyanın prezidentidir.
