Argentina milli komandası DÇ-2022-nin qrup mərhələsinin ilk atçında Səudiyyə Ərəbəsitanına 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "tanqoçular"ın baş məşqçisi Lionel Skaloni açıqlama verib. 44 yaşlı mütəxəssis komandasının fiziki cəhətdən hazır olmadığını bildirib:
"Səudiyyə Ərəbistanının ultramüdafiə futbolu oynayacağını bilirdik. Ofsaydlar millimetrlik idi. Artıq bu matçla bağlı edə biləcəyimiz bir şey yoxdur. Davam etməliyik. Təhlil etməkdən başqa əlimizdən heç nə gəlmir. Çox üzücü bir gün yaşadıq. Başımızı dik tutmalıyıq.
Fiziki səbəblərə gərə hesabı dəyişə bilmədik. Bunun səbəblərini araşdıracağıq. Bu matçdan öncə favoritlərdən biri idik. Belə də qalmalıyıq. Dünya çempionatında hər cür nəticələr qeydə alına bilir".
saytlarin hazirlanmasi
