Erve Renar: "Bu qələbə dünya çempionatının tarixinə düşəcək"

18:50 - 22 Noyabr 2022

Səudiyyə Ərəbistanı milli komandası DÇ-2022-nin qrup mərhələsinin ilk matçında Argentina yığmasını 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra baş tutan mətbuat konfransında baş məşqçi Erve Renar açıqlama verib. Fransız mütəxəssis tarixi qalibiyyət əldə etdiklərini deyib:

 

"Bu qələbə dünya çempionatının və Səudiyyə Ərəbistanının tarixinə düşəcək. Çox böyük bir gündür. Bəzən futbolda belə möcüzələr olur. Bu matçı 10 dəfə oynasaq, bəlkə də 1 dəfə qalib gələ bilərdik. O da bu günə düşdü.

 

Əslində birinci hissədə çox pis oynadıq. İkinci hissədə isə enerjimiz yaxşı idi. Hələ qarıda 2 çətin oyunumuz var. Qələbəyə baxmayaraq, qrupdan çıxmaq asan deyil. Sabahdan etibarət ikinci matçımıza köklənməliyik".

Xəbər xətti