Argentina üzərindəki qələbəyə görə ölkədə qeyri-iş günü elan olundu

20:31 - 22 Noyabr 2022

Səudiyyə Ərəbistanı DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Argentinanı 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, bu münasibətlə sabah ölkədə qeyri-iş günün elan olunub. Hökumətin açıqlamasında dövlət və özəl sektorda çalışan hər kəs üçün istirahət günü elan olunduğu bildirilib:

 

"Çərşənbə gününün dövlət və özəl sektorun bütün sahələrindəki işçilər və təhsil alan bütün qız və oğlanlar üçün istirahət günü olması təlimatı verilmişdir".

Xəbər xətti