Braziliya millisinin müdafiəçisi Tyaqo Silva DÇ-2022-nin ilk turunda Serbiyaya qarşı keçirilən oyunu barədə danışıb.
Sportal.az "O Globo"ya istinadən xəbər verir ki, təcrübəli futbolçu Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviçin onlara hörmətsizlik etdiyini söyləyib:
"Mən mübahisə etməyi çox sevmirəm. Ancaq Serbiya millisinin baş məşqçisi oyundan əvvəl dedi ki, “siz dörd hücumçu ilə oynayacaqsınız, bəs müdafiədə kim dayanacaq?”. Bu, hörmətsizlikdir. Hörmətlə yanaşmaq lazımdır. Bizi yaxşı analiz etsəydilər, bilərdilər ki, meydanda neçə forvardla oynamağımıza baxmayaraq, biz az qol buraxırıq. Serbiya millisinin baş məşqçisi belə danışaraq bizə hörmətsizlik etmiş oldu".
Xatırladaq ki, matç Braziliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi
