“Betis”in baş məşqçisi Manuel Pelleqrini gələcəkdə Çili millisini çalışdırmağa hazır olduğunu etiraf edib.
Sportal.az “Sport.ex” portalına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis məsələ haqda bunları deyib:
“Çiliyə qarşı oynamaq mənim üçün çox çətin olardı. Amma sırf millini çalışdıracağam üçün Çili futbolu inkişaf etməyəcək. Rəhbərliklə və klublarla işləmək, aşağı divizionun inkişafı proqramı və bunun vasitəsilə möhkəm təməl əldə etmək lazımdır”.
69 yaşlı çilili mütəxəssis “River Pleyt”, “Vilyarreal”, “Real”(Madrid), “Malaqa”, “Mançester Siti”, “Vest Hem” kimi klubları çalışdırsa da, indiyə qədər heç vaxt ölkəsinin millisində işləməyib.
