Birinci divizion klubu 1600 manat cərimə edildi

15:48 - 25 Noyabr 2022

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, MOİK – “Səbail” arasında keçirilən Azərbaycan kubokunun 1/8 final oyununda təcili tibbi yardım maşınının matçın başlamasına təyin olunan vaxtdan gec gəldiyinə görə ev sahibi 1600 manat cərimə edilib.

Matç xərəkdaşıyanlarla normal təmin olunmadığına görə isə birinci divizion klubuna xəbərdarlıq olunub. 

Xəbər xətti