Braziliya millisinin futbolçusu Vinisius Junior millinin Qətərdə keçirilən dünya çempionatının ilk turunda Serbiyaya 2:0 qalib gəlməklərindən danışıb.
Sportal.az “Globo”ya istinadən xəbər verir ki, “Real”ın yarımmüdafiəçi görüşlə bağlı bunları deyib:
"Debütümüzdən çox razı qaldıq. Biz qələbə ilə başladıq. 22 ildir ki, dünya çempionatında oynayacağım anı gözləyirdim. Çox işlədim, çox arzularım var idi. Komandama kömək edə bildiyim üçün şadam. Qarşıda bizi altı final matçı gözləyir. Rişarlisonun dublu? Onun adına xoşbəxtəm. Bunun üçün birlikdə çox çalışırıq. Onunla paltardəyişmə otağında danışdım və bildirdim ki, imkanlarımız çox olacaq, mütləq qol vurmalıdır. Rişarlison bizə kömək etmək üçün buradadır və o, hər zaman bunu etməyə hazırdır”.
Vinisiu 2019-cu ildən Braziliya millisində oynayır.
