"İran millisi qələbə qazanmağa layiq idi"

18:25 - 25 Noyabr 2022

Uels milli komandası DÇ-2022-nin qrup mərhələsinin ikinci turunda İrana 0:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra Avropa təmsilçisinin baş məşqçisi Rob Peyc açıqlama verib. 48 yaşlı mütəxəssis rəqibin qələbəyə layiq olduğunu deyib:

 

"Əminliklə deyirəm ki, İran millisi qələbə qazanmağa layiq idi. Mən oyunçu dəyişikliyi etmədən öncə bir topları dirəkdən döndü. İlk hissədə də bir qolları ləğv olunmuşdu.Məyusluq yaşadım. Sanki oyunda deyildik. Potensialımızdan aşağı çıxış etdik. Dünya çempionatında belə səhvlər bağışlanmır".

Xəbər xətti