Mundialı tərk edəcək ilk komanda bəlli oldu

22:55 - 25 Noyabr 2022

Qətərdə keçirilən dünya çempionatını tərk edəcək ilk komanda məlum olub.

 

Sporytal.az xəbər verir ki, bu, mundialın ev sahibi Qətərdir. İlk turda Ekvadora 0:2 hesabı ilə məğlub olan Asiya təmsilçisi bu gün Seneqalla matçda da (1:3) meydanı məğlub tərk edib.

 

A qrupunda Niderland və Ekvadorun 4 xalı var. Seneqal isə 3 xalla qrup üçüncüsüdür.

Xəbər xətti