Lui Van Qaal: "Heç nə itirməmişik"

11:20 - 26 Noyabr 2022

Niderland milli komandası DÇ-2022-nin qrup mərhələsinin ikinci turunda Ekvadorla 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "narıncılar"ın baş məşqçisi Lui Van Qaal açıqlama verib. 71 yaşlı mütəxəssis son turun Qətərlə görüşünün fərqli olacağını deyib:

 

"Mən bədbin deyiləm, heç nə itirməmişik. Bu kollektivə inanıram. Seneqalla matçda futbolçuların özlərini göstərə bilmədilər. Amma növbəti oyun fərqli olacaq. Hazırda 4 xalımız və qrup lideriyik. Məncə möhtəşəm vəziyyətdir". 

Xəbər xətti