Harri Keyn: "Ən yaxşı oyunumuzu oynaya bilmədik"

14:28 - 26 Noyabr 2022

İngiltərə milli komandası DÇ-2022-nin qrup mərhələsinin ikinci turunda ABŞ-la 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra Avropa təmsilçisinin hücumçusu Harri Keyn açıqlama verib. 29 yaşlı forvard güclü komandaya qarşı oynadıqlarını deyib:

 

"Ən yaxşı oyunumuzu oynaya bilmədik. İmkanlarımızdan yararlanmadıq. Son zərbələrdə dəqiqlik çatışmırdı. İranla matçdan fərqli olaraq, bu dəfə fürsətləri dəyərləndirə bilmədik. Rəqibin də imkanları oldu. Güclü komandaya qarşı oynadıq, yaxşı pressinq edirdilər və bisə çətinlik yaratdılar. Heç-heçə dünyanın sonu deyil. Qrupda yenə zirvədəyik. Növbəti matçı səbirsizliklə gözləyirik".

Xəbər xətti