"Visla" (Plotsk) növbəti yoxlama matçını keçirib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi Plotsk klubu "Qarbarniya" ilə üz-üzə gəlib.
Polşa klublarının dueli 2:1 hesabı ilə başa çatıb. Antonun komandası meydanı məğlub tərk edib. Millimizin üzvü bu oyunda meydana çıxmayıb.
