"Neftçi" "Səbail"ə qalib gəldi - YENİLƏNİB

17:55 - 27 Noyabr 2022

Bu gün Misli Premyer Liqasında 15-ci tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə bir matç oynanılıb. "Neftçi" "Səbail" qonaq edib. Matç ev sahiblərinin qələbəsi ilə başa çatıb.

Sabah isə turun daha iki oyunu olacaq.

“Şamaxı” “Kəpəz”lə qarşılaşacaq. Turun mərkəzi matçı sayılan “Qarabağ” – “Zirə” matçı sabah oynanılacaq. Son oyun günündə “Sabah” Tovuzda yerli komandanın qonağı olacaq.

Turun son qarşılaşması Sumqayıtda keçiriləcək. "Sumqayıt" "Qəbələ" ilə qarşılaşacaq. 

Misli Premyer Liqası, 15-ci tur

27 noyabr

"Neftçi" – "Səbail" 3:1
Qollar: Emin Mahmudov 28, 51 (p), 77 (p) - Məhərrəmli 63

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
​“Bakcell Arena”.

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 4. Solomon Kverkveliya, 3. Mamadu Mbodj, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 16. Gilyerme Pato

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 51. David Orucov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski

Baş məşqçi: Laurentsiu Regekampf

"Səbail": 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 4. Maksim Çex

Baş məşqçi: Mahmud Qurbanov

Xəbər xətti