"Mançester Yunayted" "Barselona"nın futbolçusu Memfis Depayı transfer etmək istəyir.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın çalışdırıcısı Erik ten Haq şəxsən həmylerinin transferində maraqlıdır.
Depay 2015-2017-ci illərdə də Mançester təmsilçisinin heyətində oynayıb.
Niderlandlı futbolçu "Barsa"da özünü xoşbəxt hiss etmədiyi üçün qışda komandadan ayrılmaq istəyir. Keçidin elə qışda baş tutacağı ehtimal olunur.
