"Latsio" və Serbiya millisinin üzvü Sergey Milinkoviç-Saviç İspaniyaya yollanmağa hazırlaşır.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, serbiyalıya "Real" təklif göndərib.
Mənbənin iddiasına görə, Madrid klubu qışda Sergeyi heyətinə qatmaq üçün hərəkətə keçib.
27 yaşlı futbolçu 2015-ci ildə "Genk"i "Latsio"ya dəyişib. Bundan əvvəl isə o, "Voyvodina"da oynayırdı.
