Almaniyalı "Real"ı "Bavariya"ya dəyişmək istəmədi

14:59 - 27 Noyabr 2022

“Real”ın yarımmüdafiəçisi Toni Kroos “Bavariya”ya qayıtmaqdan imtina edib.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Almaniya klubu təcrübəli futbolçunun geri qaytarmaqda israrlı idi. 

Amma futbolçu özü Münhen klubuna qayıtmaq istəmədiyinə görə, təklifə neqativ yanaşıb. 

"Real" Kroosla müqavilə müddətini artırmağa hazırlaşır. 32 yaşlı futbolçu 2014-cü ildə “Bavariya”dan “Real”a keçib.

 

Xəbər xətti