"Arsenal" heyətini argentinalı futbolçu ilə gücləndirmək niyyətindədir.
Sportal.az "football.london" portalına istinadən xəbər verir ki, "topçular" Leandro Paredeslə yaxından maraqlanır.
London klubunun rəsmiləri 28 yaşlı yarımmüdafiəçi üçün artıq PSJ ilə danışıqlara da start verib. Belə ki, Argentina millisinin üzvü "Yuventus"da icarə əsasında çıxış edir.
Müqavilə ilə Fransa klubuna məxsus olan Paredesin transferi qiyməti 15 milyon avrodur.
