Yığma komanda "Sabah"la heç-heçə oynadı

09:53 - 28 Noyabr 2022

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, “Sabah”ın U-17 komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.

U-16-nın heyətində 19-cu dəqiqədə Şahismayıl Cəfərov fərqlənib.

Xəbər xətti