"Kəpəz"in hücumçusu Mixeili Erqemlidze "Şamaxı" ilə oyun matç öncəsi klubun mətbuat xidmətinə açıqlama verib.
Sportal.az xəbər verir ki, gürcü forvard səfər oyununda qalib gəlmək niyyətində olduqlarını bildirib:
“Çətin oyun olacaq. Bizim üçün əsas olan qələbə qazanmaq və yolumuza inamla davam etməkdir. Belə olacağına ümid edirəm. Yaxşı hazırlaşmışıq. Əhval-ruhiyyəmiz də yaxşıdır. Bundan öncə kubokda mərhələ adlamaqla azarkeşlərimizi sevindirmişik. Bunun ardını gətirmək istəyirik.
Komandamızda kimin qol vurmasının əhəmiyyəti yoxdur. Vacib olan qələbə qazanmağımızdır. Bilmirəm, səfər oyununda oynamaq şansı əldə edəcəm, ya yox. Buna baş məşqçi qərar verir, bizim işimiz isə tapşırıqları yerinə yetirməkdir. Meydana çıxmaq imkanım olsa, komandanın uğuru üçün əlimdən nə gəlirsə, edəcəm. Hava soyuq olacaq deyirlər. Fərq etməz, hədəfimiz qalib gəlməkdir".
Misli Premyer Liqasının 15-ci turunun "Şamaxı" - "Kəpəz" matçl bu gün saat 14:00-da start götürəcək.
