Almaniyanın Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, milli komandamızın sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Şalke-2" növbəti oyununa çıxıb.
Helzenkirhen təmsilçisi "Straelen”lə üz-üzə gəlib. Matç qolsuz bərabərliklə başa çatıb.
Rüfətin adı oyunun iştirak ərizəsinə də daxil edilməyib.
"Şalke-2" 27 xalla 18 kollektiv arasında 7-cidir.
